Vidalaşmaq sadəcə "uğurlar" demək deyil.

Sosial şəbəkələrdən bloklamaqla da olmur. Əsl vidalaşmaq — onu beynindən silməkdir. Amma bu, heç də asan deyil. Uzun müddət yanımda olduğunu düşündüyüm bir insana hətta nifrət belə edə bilməmək daha ağır gəlir. Bəlkə də, nifrət keçmişi unutmaq üçün yaradılıb...

Mahnılardan uzaqlaşırsan, romantik filmlər yerinə kriminal xəbərlər izləyirsən. Drama hisslərindən qaçıb komediyalara sığınırsan. Aradan 15 ay keçir, amma yenə də eyni yerdəsən.
Dərdini unutmaq üçün içirsən... Ancaq içkinin təsiri keçəndə birdən elə bir dibə düşürsən ki, sanki ordan qalxmaq mümkün deyil. Və bu, bir dəfə olmur... tez-tez baş verir.

Ən çətini — artıq heç kimə güvənmirsən. Amma bu dəfə bunu yeniyetmə emosiyasıyla yox, səssizcə hiss edirsən. Kimsə yaxınlaşanda qorxursan... Və bu qorxu — ən təhlükəlisidir. Çünki nədən qorxduğunu belə bilmirsən.

Ruhsuzlaşmaq istəyirsən bəzən. Hisssiz, sakit yaşamaq.
Amma sonra yenidən insan olmaq istəyirsən... Sevmək, inanmaq, güvənmək...

Və bilirsən ki, bütün bunlar bir yerdə bitməlidir:
Beynində... və qəlbində.
Çünki artıq kədərim içkilərə belə sığmır...

Yorumlar