Yazıram ki...ey dost susma dinlə məni...


Həyatdan əl çəkməyin.İnanın mənə mən əl çəkmişdim. Hətta fikirləşirdim məni sevən birini sevməyə çalışım.Ancaq sonra sən çıxdın. Səndən əvvəl söz-söhbətin gəlmişdi. Demişdilər 18 yaşında bir qız Nazim Hikmət şeiri deyir. O an hiss eləmişdim,bilirdim sən daha fərqli biri olduğunu. Mən bunu yazıram daxilimi yandıran bu alovu söndürüm.Yazıram ki,nəfəs aldığımda az qala boğulduğum bu hissi unudum. Yazıram əslində xəyal qurmayım deyə.Yazıram ki,biləsən gücüm yoxdu bu dəfə də ölməyə.Bu dəfə ölsəm,toparlana bilməyəcəm. Mən içməyə başlamışam.Yenidən kolanın içinə araq  süzüb içirəm evdəkilər bilməsin əzab çəkdiyimi.Əzab çəkmək belə insanın özünün daxilində olmalıdır. Paylaşdıqca,keçməsin. Sənin iri gözlərinlə başlayıram düşünməyə həmişə.
-Bir gün ofisdə idim. O, yaxınlaşdı mənə bir kitab məsləhət de.Elə kitab de ki,dünya görüşüm artsın. İstədim deyəm,sən zatən dünyasan. Başqa bir qalaktikasan. Gözlərimi çəkmək istəsəm də bacarmıram.
İrvinq Stoun “Yaşamaq Yangısı” kitabını dedim.Onu dedim ki, Daxilimdə yaşadığım kədəri oxusun,anlasın.
Ona bəhs eləmirəm öz eşqimdən ancaq bilirəm başa düşür. Oda susur. Eşqim,mən onlarla qadına xoşuma gəlirsən demişəm. Ancaq eşqim deməmişəm. Mən məntiqimlə aşiq olmaq istəmişdim. Dostuma dedim bu barədə, O isə dedi: “ Sən hara o hara,fərqli insanlarsınız”.

Yazırma ki, ey dost dinlə məni. Bu ağrı keçmir...İliklərimi ələ keçirib,bədənimin 70%-i su yox bu əzabdır.



Yorumlar