Robin Sharma "Ferrarisini Satmış Rahibdən Liderlik Dərsləri"-dən seçdiklərim.( I hissə)

Dünyanın sizi xoşbəxt etmək istəməsindən şikayətlənmək əvəzinə, özünü təbiətin qüdrətli gücü kimi duyun, qarşınıza qoyduğunuz məqsədə çatmağa həsr etdiyiniz həyat əsil mənasında sevincli olur...Ölərkən mən bütün gücümü sərf etdiyimə əmin olmaq istəyirəm. Nə qədər çox işləsəm ,o qədər çox yaşayıram. Mən həyatı olduğu kimi sevirəm.Həyat mənim üçün bir şamdan ibarət deyil. O mənə müvəqqəti verilmiş yanan bir məşəldir və gələcək nəsillərə ötürdüyümüzdən əvvəl onun münkün qədər parlaq yanmasını istəyirəm.  
Corc Bernard Şou
 *                                *                             *                             *
  •  Liderliyin ən vacib dərsini -o sakit cavab verdi. Bir çox liderlər bu çay fincanına bənzəyir.       -Necə yəni?
          -Bu fincan kimi ağzınacan doludurlar.Onların beyni fikirlər,ideyalar və meyillərlə o qədər doludur ki,artıq heç bir yenilik ora yerləşmir.Liderlərin davamlı olaraq yeni anlayışlar öyrənməli və yeni bacarıqlar əldə etməli olmasa, sürətlə dəyişən dünyamızda ən böyük nöqsandır.
          -Bəs əlac nədir?          - Əlac çox sadə. Onlar fincanlarını boşaltmalıdırlar. Onlar mütamadi olaraq yeni biliklər qavramalıdırlar.Vizitkalarnda yazılmış adlarını bəzəyən vəzifə və titullarından asılı olmayaraq, onlar daim özlərini tələbə kimi görməlidirlər. Onlar Şərq müdriklərinin istidan etdiyi "Yeni Başlayanın Zəkası" adlandırdığı yanaşmanı,uğur üçün can atan hər bir liderə məxsus yanaşma tərzini özlərində aşmalıdırlar. Onlar sadə olmalıdırlar. Buna görə deyirəm ki, təvəzökarlıq liderlik elminin əsasıdır.Elə buna görə Qandi heyranı olmuşam.


*                                        *                                    *                                      *
 -Yadda saxla, Piter . Motivasıyasız insan anlayışı yoxdur,sadəcə motivasıyasız işçi olur.Şirkətində ən motivasız və təşəbbüskar saymadığın bir işçinin həyatına bax.Səncə nə görəcən?
-Hardan bilə bilərəm?
Görəcəksən ki, həmin insanın xoşladığı hobbisi var. Sən görəcəksən ki,həmin şəxsin həyacanlandıran maraqları var. Sən görəcəksən ki,o ,öz marka kolleksiyası üzərində gecə yarısınadək işləyir yaxud yeni dillər öyrənmək üçün saatlar sərf edir və ya həvəslə musiqi alətlətlərində çalır. Bu planetdə yaşayan hər bir şəxsin həyacanlanmaq qabiliyyəti və motivasiya olmaq bacarığı var. Liderin başlıca vəzifəsi işçilərini onun gördüyü gələcəklə həyacanlandırmaq və bunun üçün uyğun motivasiya yaratmaqdır. İnsanlara sənin inandığın gələcək üçün çalışmalarına daima əmr etməkdənsə, niyə də onlara bunun üçün səbəb verməyəsən? Yenə də görsən ki,onlarda maraq oyanmadı, deməli, sən onlara təsəvvür etdiyin gələcəyin şəklini almaq üçün yetərincə səbəb verməmisən.Psixoloqların illər boyu bildiyi bir şeyi yadda saxla: insanların ağrıdan qaçmaq və daha zövq verici olana can atmaq xüsusiyyəti var. Uzaqgörən liderlər işçilərinin gündəlik işi ilə onların məmnuniyyət hissi arasında və uğurunda çalışdıqları gələcəklə birgə əlaqəni yaratmaq yollar tapır. Onlar gəlirləri məqsədlə əlaqələndirir.

              *                                        *                                         *                                   *
 Düşüncənizi qoruyun, çünki onlar qəlbinizin övladlarıdır, onlar sizin gələcək nailiyyətləriniz başlanğıcıdır.(c) Napoleon Hill


"Ümid kimi yaxşı məlhəm yoxdur, sabahın bu gündən yaxşı olacağına ümid, kimi effektli vasitə və ya qüvvətli tonusqaldırıcı yoxdur".(C) Orison Svet Marten


Özünü tam həsr edəcəyin, səni ardınca apara biləcək, yaşama səbəbinə çevriləcək və həyatının işi olacaq bir ideya tap.Sənin aşıb-daşan sevincli həvəsin və pozitiv enerjin bütün şirkətinə yayılacaq.


Insan oz zaman biganə olur ki, o, başqalarının məqsədinə qulluq edir.
                 "Məlumatlılıq dəyişikliyə aparır. "

İnsanların yanına get,
Onların arasında yaşa.
Onlardan öyrən.
Onları sev.
Onların bildiyi ilə başla,
Onlarda olanla tik.
Lakin ən yaxşı liderlərdən,
Onların vəzifəsi başa çatdıqda,
İşləri yekunlaşdıqda,
İnsanlar deyəcəklər:
"Biz özümüz bunu etmişik".
(c)Qədim Şərq deyimi.


Yorumlar