Uzaqlardan məktub

  "Nə qədər uzaq olsam da,əslində kölgən qədər yaxınam sənə"
-Milyonlar kilometr uzaqdayam səndən.Heç adını telefüz edə bilmədiyim bir sahil kəndidəyəm.Antlantik dənizinin soyuq küləyi üzümü kəsir..Mən isə bu qədər soyuqda ,daxilimdə olan sənin sevgini gətirmişəm..Neçə il oldu? 4 ya da 5 ?
  Sevgilim burda,günlər keçmir.Gün boyu ağır fiziki iş o qədər yorsa da,gecələri yatmaq olmur.Kənddə kiçik içkiiçməyə kafe var. Araq o qədər çox rastlaşmasamda ucuz viski daima tapılır..Burda Barbara adında qadının qızı var Jane.Maraqlı qızdı.Mənimlə dosttu bəzən oturub şeir deyir,bəzən söz oyunu oynayırıq.
 Azərbaycan haqqında demək olar bilmirdi.Sonra internettə neft ölkəsi və digər mənasiz məlumatlar tapmışdı..Bəzən sözlər öyrədirəm...Sənin haqqında danışmışam bəzi gecələr olurdu,o qədər içirdim ki öləcəkmiş kimi gəlirdi...Səndən saatlar danışırdım. Gözlərin,gülüşün..O daima qibtəylə soruşur,bir insanı necə sevirsən belə...Necə sevirəm səni?

P,S Oxuyarkən ,linkdə olan bəstə ilə dinləməyiniz şiddətlə tövsiyyə olunur.


Yorumlar