Kitab OXUMA

 
Kitab oxumaq eqonun ölməsi,ruhun dincəlməsidir. Biz illərdi dediyimiz kitab oxuyun,beyniniz inkişaf etsin insanlara fərqli kimi gəldi.Qızla tanış olmaq nömrəsi kimi gəldi. Çox insanı, kitabdan diksindirdi.Ancaq belə düşünmək mənasızdı.
   Kitab oxuyan insanlara qarşı ,çayçı qaqaşları yeni kompaniya başladıblar. Artıq, onlar parkda özlərinin hər keçən qıza nömrə atmaqlarını,sosial şəbəkələrdə,hər qıza dostluq atmaqlarını,hər yanından keçən qadını baxışları ilə təcavüz etdiklərini unudub,kitab oxuyan insanları sıxışdırırlar deyirlər ki, siz qız tutmaq üçün kitab oxuyursunuz.

Siz bilmirsiniz,biz hər kitabı oxuyanda fərqli biri olduğumuzu.Bizim hər kitabda fərqli həyat yaşadığımızı,bilmirsiniz hər kitabda fərqli həyatimizin oldugunu.Siz bilmirsiniz,ailəsiz doğulmağı,övladını itirməyi.. Paris küçələrində fransız qadınla sevişməyin necə olmasını bilmirsiniz..Ya da Əfqanıstanda müharibədə ölümdən necə qaçmağımızı.Qumarbaz olub hər şeyinizi itirməyi,ya da insan öldürüb onun vicdan ağrısı ilə öldüyümüzü bilmirsiniz...Yada Van Qoqun necə tablolarını çəkdiyini,onun necə qulaqsız Van Qoq dediklərini belə bilmirsiniz.siz onun necə intihar etməsini buraxın,Van Qoqun kim olduğunu bilmirsiniz.
Siz ,Pamela Andersonu taniyirsiniz bu dünya görüşü deyil,hisslərinizin əsirləri olmusunuz.Sizin kitab oxumama səbəbiniz tənbəliyiniz deyil,sizin öz qorxaqlığınızdı.İstəmirsiniz,Ölülər əsərin də ki,İskəndər kimi sizi cəmiyyət dəli kimi qəbul etsin.Avtobusda kitab oxuyan insanları ələ salmaq daha asan gəlir.Fahişələrlə olmaq,maşın almaq daha cazib gəlir sizə...Siz bir qadının ətrini duymağın nə olduğunu bilmirsiniz.Sizin üçün qadın sadəcə seksual tələbatınız ödədiyiniz əşyadır.Evlənmək istəyirəm yox,qız almaq istəyirəm.Sanki əşya alırsınız.
Siz içki içərkən sərxoş olarsınız və dava edərsiniz.Kitab oxuyan insana isə sərxoş olmaq ona zövq verər.Ona sevdiyi insanlari xatirladar.Sevməyin gözəlliyini hiss etdirər.

Avtobusda kitab oxuyan insana yol verin,kimsə kitab oxuyur deyə ona qarşı qeyri etik davranmayın.O,iyrənc gülümsəmənizi atın.

Yorumlar