İndini yaşayın

Bəli ürəyim doldur bugün.Bugun yazacağım yazı çox vacib məsələdəndir.Gülən insan və gülməyən insanlar.Bugun xaricə ömründə bir dəfə getmiş insanlar geri döndüyündə ən çox şikayətlənib sual verirlər"bizim insanlar niyə gülümsəmir?".

Gəlin belə baxaq problemə.Bəli,bu problemdir.Cəmiyyətimizdə ən böyük problemlərdən biri insanların aqressiv olmalarıdır.İnsanlar cinsi təlabatını ödəyə bilmədikləri üçün aqressivdirlər.
  Dostum ara sıra deyir mən səhər işə gedəndə gülümsəyən insanlar görmək istəyirəm.Mən 26 yaşında evdə qalmış,problemlərini düşünən,cinsi təlabatlarını yerinə yetirməmiş,qonşuların "evdə qalmış"deyirmiş kimi baxışlarından yorulan qadın yox gülümsəyən,bütün komplekslərini atmış insanlar görmək istəyirəm.Bu problem yalnız qadınlarda deyil,əslində biz kişilərdə gülümsəyəndə "bambılı"kimi sözlər qoşulur bizədə.Düşünün bir cəmiyyətdə adi yol ilə gedərkən iki oğlanın çiyinlərinin bir birinə toxunması belə davalar hətta bıçaqlaşmaya qədər gətirib çıxarır.Cəmiyyətimiz çox sərt və kobuddur.
   Mən bunu Newyork`da və ya Londonda oturub yazmıram ki,gülümsəyin.Həyat gözəldir.Mən sevmədiyim şəhərdə ,sevmədiyim işdən oturub yazıram ki,həyata gülümsəyin.Umidi itirməyin.Mən hər səhər sizin gözlərinizdə gülümsəmə görmək istəyirəm.
Bizim ən böyük problemimiz"seçimlərimizdir".Seçimləri özümüz yox ,bizim valideynlərimiz ,cemiyyətimiz verir.Biz isə baş əyirik."Stop"düyməsini tapın.Rolu əlinizə götürüb ,həyatınızı özünüz yaşayın,seçimlərinizi özünüz verin.Qonşunun qızının kimlə gəzməsini deyil,öz həyatınızı ,öz kimliyinizi axtarın.Dünyanı dəyişmək istəyirsinizsə,ilk öncə özünüzü dəyişin
  Sevmədiyiniz bir işdə işləyə bilərsiniz,həyatınızda maddi problemlər yaşaya bilərsiniz,müdiriniz sizi qıcıq edə bilər.Siz sadəcə fikir verməyin üzərinizdə çalışın.Daha güclü olun və gülümsəyin.    
   Düşüncələrimizi biz yönəldin ətrafdakıların nə dediyinə fikir verməyin..Komplekslərinizi atın.Seçimlərimiz yalnışda ola bilər.Həqiqqət özü nisbi anlayışdır.Yəni insanlara görə dəyişir.Səhvləriniz ola bilər,bunları qəbul edin.Qorxmayın.

Qəfəsi sındırın!

Sahib olduğumuz zaman indidir.İndini yaşayın! 

Hər gülümsəmə yeni bir başlanğıcdır.

Yorumlar

Sona Hasanova dedi ki…
Ele en yaxsisi Ani yasamaqdir