Ana içeriğe atla

Məsumluq və ilk məhəbbətin duyğusal hekayəsi

Axşamlar mən musiqi valları satırdım.Boş vaxtım olanda dalğın-dalğın vitrin qarşısında keçənlərə baxırdım.Ailələr,cütlüklər,yakudzalar,mini ətəkli şən qızlar,tutamsaqqallı oğlanlar,barda işləyən qadınlar və başqa qəribə insanlar...Rok səsləndirən kimi, hippilər və avaralar dükanın qabağında yığışırdı -bəziləri musiqiyə uyğun rəqs eləyir, kimi narkotik iyləyir,kimisi də eləcənə otururdu. Mən daha heçnəyi anlamırdım. "Bu nədi axı?" Bu adamlar belə eləməkdlə nə demək istəyirlər?"
 Çağdaş yapon ədəbiyyatının klassiki Haruki Murakaminin ötən əsrin 60-cı illərində,bütün dünyada olduğu kimi,Yaponiyada da gənclərin azad seks tələbləriylə kəskin etirazların başlayan dövrdən bəhs edən "Norveç meşəsi"əsərindən oxuyub seçdiklərim...



-Heç kim tənhalığı sevmir.
-Mən sadəcə peşman olmaq istəmirəm.
*                                    *                                *                              *                                


-Bax mən belə insanam, nə iştaham var nə də ki,ehtirasım. Bir dənə marağım var...

*                                    *                                *                              *                                

-Vatanabe, niyə bu qədər kədərlisən?
-Yəqin ,hələ də bu dünyanı sevməyə başlamamışam
*                                    *                                *                              *                                

-Bilirsən varlıların ən böyük xoşbəxtliyi  nədədir?
-Yox ,nədədir?
-Onlar pullarının olmadığını rahatca deyə bilirlər.Məsələn, mən sinif yoldaşıma harasa getməyi təklif etsəm, o ,mənə rahatca deyə bilər ki,"indi olmaz,indi pulum yoxdu". Amma mən bunu heç vaxt deyə bilməzdim. Çünki , belə desəm,bu, o deməkdi ki,mənim, doğrudanda pulum yoxdu. Özümü gülünc günə qoymuş olaram. Təxminən belə çıxır : gözəl qız deyə bilər ki,"bu gün üzümü pis boyamışam,heç yerə getmirəm". Amma kifir qız belə desə ,hamı ona gülər. Bax ,mən belə bir dünyada yaşayırdım...

*                                    *                                *                              *                                *
- Qızlar gərək siqareti daha qəşəng söndürsünlər. Yoxsa , nəsə kobud alınır. Siqaret belə bərk-bərk ,zorla söndürmək lazım deyil.Görürsən,qırağına yavaş-yavaş külqabıya basıb , söndürəsən. Yoxsa ,çox kobud alınır. Bir də tüstünü heç vaxt burnundan buraxmaq olmaz. Bir də ki,normal qızlar birinci dəfə oğlanla görüşüb , nahar eləyəndə üç ay eyni  lifçiklə gəzişdiklərindən danışmırlar.
- Neynəyək mən beləyəm.

*                                    *                                *                             *                                *
-Bütün günü evdə oturub, kiminsə zəng eləməyini gözləməkdən zəhləm gedir.Tək qalanda mənə elə gəlir ki,haramsa çürüyüb gedir. Hər şey çürüyür ,dağılır, axırda biri az yaşıl, bulanıq gölməçə qalır  və o da torpağa hopur.Təkcə ümid qalır. Tək qalanda həmişə özümü belə hiss edirəm.


*                                    *                                *                              *                                

   Apreli tək yaşamaq çox darıxdırıcıdı. Aprel hamı xoşbəxt görünürdü. Hamı paltosunu çıxarıb, günəşdə isinir, söhbət eləyir, top oynayır və bir birini sevirdi.
  Mən isə tək idim ..
*                                    *                                *                              *                                *
- Deyirsən neçə qadınla yatıb?
- Hardasa səksən qızla yatıb...dedim .Amma deyir ki, həyatında qadınların sayı çoxaldıqca, cinsi aktın əhəmiyyəti onun üçün azalır.. Onun istədiyi də elə budu.
- Tərki-dünyalığı dünyalığıda elə bundan ibarətdir?
-Onun üçün tərki-dünyalıq budu.


*                                    *                                *                                                             

Bu incə ,isti və heçbir məqsəd güdməyən öpüş idi...
*                                    *                                *                              
- Yəqin ki,mən axmağam- Naoko dedi.
 -Neçə vaxtdı burdayam, hələ də  başa düşə bilmirəm . Üstəlik özumü də başa düşə bilmirəm.
-Sən axmaq deyilsən. Sən adisən. Məndə özümü axıracan başa düşə bilmirəm. Adi adamlarda həmişə belə olur.
-Mən sənin barəndə çox şey bilmək istəyirəm.
- Mən sadə adamam. Adi ailədə doğulmuşam, adi adamlar necə böyüyürsə məndə elə böyümüşəm, sir-sifətim adi adamlarınkından seçilmir, dərs oxuyanda adi adamlardan elə bir üstünlüyüm olmayıb,bütün adi adamlar kimi fikir yürüdürəm...
-Öz aramızdı ,sənin sevimli Skot Fisceraldın yazır ki," adi adam olduğunu deyən insana inanmaq olmaz". Naoko şıltaqcasıba gülümsəyərək dedi - Həmin kitabı mən sənə oxumağa vermişdin...

P.S .Əziz dostlar davam etmək istərdim ancaq bu qədər kifayət edər məncə,sizi əmin edirəm ki,bu kitabı oxusanız vaxtınız boşuna getməz..Möhtəşəm kitabdı, kitabı oxuyarkən ,o qədər zövq alırdım ki, istəmirdim bitsin..Bu mahnı dinləyin ,eyni zaman da  gedib kitabı alın..Oxuyun .

Yorumlar

Nazo Hasanli dedi ki…
Bu blogdan sonra kitaba olan maragim artdi. Halbuki kitabi Gunel Movludun tercume etdiyini bildiyim gunden muhakimeyle yanasmisdim...

Bu blogdaki popüler yayınlar

Umberto Eco "Qızılgülün adı "

Dəyərli dostlar, sizə təqdim etmək istədiyim kitab Umberto Eco`nun "Qızılgülün adı"-dır.Kitab ilk baxış da,romantik əsər kimi görünsə də ,heç də elə deyil..Mən bir neçə dəfə,kitab mağazalarında adına görə kitabla maraqlanmamışam..Bir aforizm vardır, Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan.Belə də,oldu.Mən romantik kitab axtarırdım,hədiyyə üçün kitabı aldım elə.Yolda vərəqləyənd gördüm ki,bu kitab hədiyyəlik deyil :) 
  Kitaba başlamaq üçün çox çalışdım ancaq aylarnan sadəcə baxdım..Əzablı günlər idi.Özümü hazır hesab etmirdim.Hall hazırda da hazır deyiləm bəlkə də. Sirli kitab insana özünü cəlb edir.

 " Qızılgülün adı" intellektual postmodernizmin və XX əsr romançılığın ən parlaq nümunələrindən biri,Umberto Eco yaradıcılığının kulminasiyasınıdır.Bu romanda müasir fəlsəfi fikrin bəşəiyyətə bəxş etdiyi bir çox düşüncə nemətləri ,- ikili qiymətləndirilmədən,mərləzin kənar üzərində,mütləqin nisbi qarşısında,həqiq…

Tenhaliq

Tənhalıq nə cinsə, nə yaşa, nə maddi duruma, nə də təcrübəyə baxmır. Sakitcə gəlir, insanı öz ağuşuna alır və bir daha buraxmır.


Ailə qura bilməyənlər, həyatının sevgisini tapmayanlar, sevib ayrılanlar, ailəsi dağılanlar, həyat yoldaşını itirənlər talelərinə yazılan tənhalıq qisməti ilə barışır, bəlkə də barışmalı olurlar.Onları başa düşmək olar. Bəs əsl tənhalıq nədir? Ailəsi, övladları, valideynləri, dostları, qohum-qonşuları, iş yoldaşları ola-ola, bir dəqiqə belə tək qalmağa vaxtı olmayan, ammaqəlbən, ruhən tək insanlar...Bax, əsl tənha onlardır. Elə insan var tənhalıq, təklik ona xoşdur, ruhuna yaxındır, asanlıqla bu vəziyyətə alışır, həyatından da razıdır. Onlar kütlə icində, məclislərdə sıxılır, səs-küylü yerlərdən qacır, bir də görürsən yoxdur, gizlicə cəkilib gedib. Öz otağındadır, işləri ilə məşğuldur. Elələri də var ki, uzun illərin yorğun həyatından, söz-söhbətindən, haqsızlıqlardan, iş-gücün əlindən bezib, sakitlik, ancaq özünün ola biləcəyi, fikirlərinə aydınlıq gətirə b…

Yağış kimi gəldi tenhaliq

Xəyal qurmaq pisdir..İnsan xəyal qurduqca həyatı sevir,yaşamağı sevir...Amma xəyyaları qırıldıgı an həyatdan inciyir...Pessimist olur...Xəyyallar insanı aldadır ...Həmişə mənə maraqlı gəlirdi sevən insan niyə axmaq axmaq hərəkətlər edir?Yaxsi aktyor olmasan  axmaq olduğunu sanır sevdiyin insan ..Sən yaxınlaşıb "seni sevirem "demek istəyirsən...Amma alınmır...Ayaqların əsir ...Dillərin əsir ..Bu işin cəsarətli ,iradəli olmaqla əlaqəsi yoxdur...Hər kim elə deyirsə O insan heç vaxt sevməmişdir...Əslində bugün bundan yazmaq istəmirdim heç yadimda deyil nə yazmaq istədiyim sadece yazmaq istədim...Sözlər ureyimdə qalir daşımaq çox çetindir mənə...Lənətə gəlmiş sevgi nağılları,romantiq kinolar...Hamısı...Məni dostlarim tam bir romantik kimi taniyirlar..Heç yaxşi şey deyil bu..Özume nifret edirəm hətta..Yalnizliq dərin yalnizliq..Bezmişəm hər yağışın altinda saatlarnan gəzməkdə..Küləyə səni sevirəm deməkdən ...Külək heç vaxt sənə demirdi....Həyat teartrdısa..Mən bu səhnədə baş rolda…